20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş divar qəzetləri hazırlanmışdır

Məktəbin İllik Fəaliyyət Planının 1.3.16-cı bəndinə müvafiq olaraq şagirdlərdə tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliği və Ümumxalq hüzn günlərinin keçirilməsi məqsədilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş silsilə tədbirlərimizə start verilmişdir. Qeyd etdiyimiz kimi 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş divar qəzetləri hazırlanmışdır. Həmin divar qəzetləri məktəbin foyesində artıq bir neçə gündür ki, sərgilənməyə başlanmışdır.