Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Esse” yazı müsabiqəsi

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi və əbədi xatirəsinin yad edilməsi, böyüməkdə olan gənc nəslə Heydər Əliyev irsinin təbliğ edilməsi, uşaq və gənclərin Heydər Əliyev şəxsiyyəti nümunəsində tərbiyə olunması, gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi, gənc istedadların üzə çıxarılması və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə “Esse” yazı müsabiqəsi keçirildi. Müsabiqə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə beş mövzu əsasında təşkil olunmuşdu. Bu müsabiqədə məktəbimizin 3 şagirdi Rayon mərhələ turunda iştirak etmək hüququ qazanıb. Şagirdlərimizə bu turda uğurlar arzu edirik.