Şagird Davranış Qaydalarının Tətbiqi davam edir

“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın tətbiq edilməsi ilə bağlı Fəaliyyət Planına əsasən davranışların idarə olunması ilə bağlı daxili nizam-intizam qaydalarını əks etdirən lövhələrin hazırlanaraq məktəb binasının dəhlizlərində və sinif otaqlarında asılması prosesi həyata keçirildi.Pilləkənlərdə şagirdlərin təhlükəsiz hərəkətlərinin təmin edilməsi məqsədilə eniş-çıxış etiketləri də yapışdırıldı. Bununla yanaşı məktəbin Nizam – intizam Şurasının (NİŞ) üzvləri şagirdlərlə korreksiyaedici tədbirlər həyata keçirib, zəruri qeydiyyatlar aparırlar.