Şagird Davranış Qaydalarının Tətbiqi ilə əlaqədar sinif rəhbərlərinin iclası

Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində pilot layihə olaraq “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın tətbiq olunması davam edir. Bununla əlaqədar olaraq məktəbdə sinif rəhbərlərinin iclası keçirilib. İclasda məktəb rəhbərliyi və sinif rəhbərləri iştirak edib.

Sinif davranış jurnalının yazılma forması müəllimlərə izah edilib və bildirilib ki, məktəbin işçi heyətinin hər hansı bir üzvü jurnalda qeydiyyat apara bilər. Jurnalda baş verən hadisənin təfərrüatları (tarix, məkan, davranış, hadisədə iştirak edən şəxslər) və korreksiyaedici tədbirlər barədə məlumat qeyd olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi