“Zəfərə aparan yolun başlanğıcı – Aprel döyüşləri” adlı seminar

Tariximizi yaşatmaq, unutdurmamaq məqsədilə məktəbin akt zalında məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Arzu Alışqızının rəhbərliyi ilə “Zəfərə aparan yolun başlanğıcı – Aprel döyüşləri” adlı seminar keçirildi. Seminarda qeyd edildi ki, Aprel döyüşləri 2016-cı ilin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini müxtəlif istiqamətdə atəşə tutması nəticəsində 4 gün davam edən hərbi münaqişədir. Aprelin 5-i Azərbaycan ordusunun üstünlüyü ilə yenidən atəşkəs elan olundu. Aprel döyüşlərində bir sıra strateji yüksəkliklər, o cümlədən Lələtəpə Azərbaycan ordusunun nəzarətinə keçdi. Lələtəpə yüksəkliyinin ələ keçirilməsi ilə həmin ərazidəki yaşayış məntəqələrimiz atəş altından xilas edildi. Sonda aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi