İbtidai siniflərdə “Sazlı-sözlu Novruz” adlı təşkilat saatı

Novruz qədimdən bizim günlərə qədər yaşadılan ən gözəl və ən əziz bayramlarımızdan biridir. Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz 17 mart tarixində "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsindəməktəbimizin ibtidai siniflərində “Sazlı-sözlü Novruz” adlı təşkilat saatı şəklində qeyd olundu. Şagirdlər milli geyimlərdə baharı, Novruzu tərənnüm edən mahnılar oxuyub, şeirlər söyləyib, hakışdalar deyib, yallı getdilər. Onlar çıxışlarında Novruz adətlərini və xalq oyunlarını əks etdirdilər.