Reproduktiv sağlamlıq haqqında nələri bilməliyik?

Reproduksiya – latın sözü olub, özünə bənzər orqanizmin yaradılması, nəslin artırılmasıdır. Reproduktiv sağlamlığın təməli yeniyetmə dövründə yaranır və həyatın sonrakı mərhələsində qorunub mühafizə olunmalıdır. Yeniyetmə yaşda anatomo -fizioloji və psixoloji dəyişiklik baş verir. Bu məqsədlə məktəbin psixoloqları, həkimi və tibb bacısı VI sinif şagirdləri ilə görüş keçirdilər. Burada şagirdlərə reprudiktiv sağlamlığın qızların həyatındakı rolu haqqında ətraflı məlumat verildi.