Şəhid Cavid Həsənovun doğum günü

Şəhid Cavid Həsənovun doğum günü münasibətilə adını daşıdığı 7e sinifində tarix müəllimi Venera Mustafayeva tərəfindən nümunəvi dərs keçirildi. Dərsin keçirilməsində məqsəd şəhidin xatirəsini əbədiləşdirmək və şagirdlərə vətənpərvərlik hissini aşılamaq idi. Dərsin əvvəlində şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra müəllimə şəhidin döyüş yolundan, döyüşdə göstərdiyi sücaətindən danışdı. Sonda şəhid haqqında hazırlanmış videoçarx nümayiş etdirildi.