Sağlam qidalanma

27 Fevral – 3 Mart tarixləri “İdman həftəsi” çərçivəsində məktəbimizin ibtidai siniflərində psixoloq Günel Cəfərova tərəfindən sağlam qidalanma ilə bağlı maarifləndirici söhbətlər aparıldı. Psixoloq sağlam qidalanmanın faydaları haqqında uşaqlara məlumat verib, maraqlı slaydlar nümayiş etdirib. Eyni zamanda qeyd edib ki, düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Təəssüf ki, şagirdlərin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir. Təcrübə göstərir ki, qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir. Sağlam qidalanmaq barədə xüsusilə təbii gigiyena ilə məşğul olan həkim və mütəxəssislərin mövqeləri maraq doğurur.