1 Mart - Ümumdünya Mülki Müdafiə Günü

Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Bu məqsədlə şagirdlər tərəfindən hazırlanmış divar qəzetləri məktəbin foyesində nümayiş etdirilir.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tural Taqiyev və hərbi rəhbər Vidadi Bədirov şagirdlərlə marifləndirici söhbət apardı.