İngilis dili aylığının final tədbiri

Məktəbin fəaliyyət planına əsasən fevral ayı ana dili, rus dili və ingilis dili aylığı idi. Bu məqsədlə məktəbin məllimləri tərəfindən şagirdlərin, valideynlərin və rəhbərliyin iştirakı ilə akt zalında İngilis dili aylığının final tədbiri keçirildi. Tədbirdə şagirdlər müxtəlif mahnılar səsləndirdilər və kiçik səhnəciklər göstərdilər. Eyni zamanda bir-birindən fərqli şeirlər və rəqslər nümayiş etdilər. Sonda İngilis dili müəllimləri və məktəbin direktoru Fəttah Fəttayev çıxış etdi.