"Olimpiya oyunları uşaqların gözü ilə"

27 fevral - 3 mart idman həftəsinin növbəti günündə məktəbimizin texnologiya müəllimlərinin rəhbərliyi ilə siniflərdə “Olimpiya oyunları uşaqların gözü ilə” başlığı altında kağız və plastilindən idmanın müxtəlif növlərinə aid əl işləri hazırlandı. Əl işləri düzəldən zaman şagirdlər həm idman haqqında maraqlı məlumatlar öyrənib, həm də əl qabiliyyətlərini inkişaf etdirərək, əyləncəli vaxt keçiriblər.