İdman növləri haqqında mövzular

Məktəbin fiziki tərbiyə müəllimi Ramin Əliyev “İdman həftəsi” ilə bağlı şagirdlərlə akt zalında maarifləndirici görüş keçirib. Görüşdə şagirdlərlə yanaşı məktəbin direktoru Fəttah Fəttayev və təşkilatçı Arzu Alışqızı da iştirak etdi. Görüş zamanı şagirdlərə idman növləri haqqında ümumi məlumat verdi. Daha sonra şagirdlərin ayrı-ayrı idman növləri haqqında hazırladıqları mətnlər dinlənildi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.