"Страницы истории-Ходжалы" adlı açıq dərs

Xocalı yaramız – bu faciənin 31-ci ildönümü ərəfəsində Qarabağ torpaqlarının azad olması ilə qaysaq bağlasa da, bu terror hadisəsi bizim yadaşımızdan heç vaxt silinməyəcək. Bizlər də unutmayacağıq, gənclərimizə, gələcək nəsillərimizə də unutdurmayacağıq. Məhz elə bu səbəbdən təhsil ocaqlarımızda o cümlədən bizim məktəbimizdə 2ə sinif müəllimi İsmayılova Elza tərəfindən «Страницы истории-Ходжалы» adlı açıq dərs keçirildi. Keçirilən dərsdə Xocalı faciəsində yaşanan dəhşətlərdən danışılıb. Şagirdlər hazırladıqları qəzetləri nümayiş etdiriblər.