Təhsil tələbə kredit fondu

Təhsil haqqı xərclərinizi ödəməkdə çətinlik çəkirsiniz? O zaman Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan yararlanın! Bu məqsədlə 24.02.2023-cü il tarixdə təhsil nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu məktəbimizin akt zalında IX, X və XI sinif şagirdlərinin iştirakı ilə məlumatlandırıcı tədbir keçirtdi. Tədbirdə qeyd edildi ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili (yüksək texniki peşə təhsili səviyyəsi) müəssisələrində əyani və ödənişli əsaslarla təhsil alan bütün tələbələr bu kreditdən yararlana bilərlər.