“Ana dilim - mənim fəxrimdir” mövzusunda ədəbi bədii tədbir

21 fevral 2023 - cü il tarixində 214 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qubadova Asimə “Ana dilim - mənim fəxrimdir” mövzusunda ədəbi bədii tədbir təşkil etmişdir. Tədbirdə əsas məqsəd şagirdlərə Azərbaycan dilinin qədim və zəngin dil olduğunu bir daha xatırlatmaq, dilimizi, vətənimizi sevdirmək idi. Müəllimə şagirdlərin söylədiyi şeirlər də, oxuduqları mahnılar da, topladıqları məlumatlar da, nümayiş etdirdikləri slaytlar da onların necə vətənpərvər olduğunu dinləyicilərə çatdırdı.