"Ana dilim, doğma dilim" mövzusunda dəyirmi masa

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sahibə Hüseynovanın rəhbərliyi və 9c sinif şagirdlərinin iştrakı ilə kitabxanada “Ana dilim, doğma dilim “ mövzusunda dəyirmi masa keçirildi. Müəllimə “Hər bir xalqın milliliyini, mənəvi dəyərləri yaşadan, inkişaf etdirən onun dilidir”  ümummilli lider Heydər Əliyevin söylədiyi kəlamla  dəyirmi masanı açıq elan etdi.

Daha sonra şagirdlərin təqdimatında dil haqqında məlumatlar verildi, şeirlər səsləndirildi. Vurğulanıb ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.  Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Bu onun mənəvi borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi