"Ən yaxşı təqdimat" müsabiqəsi

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb mərhələsi keçirildi. Hər bir şagirdə içərisində mövzular olan zərflər təqdim edildi. Şagird bu zərflərdən birini seçib mövzu ətrafında 10 dəqiqə ərzində çıxış edir. Bu vaxtın 5-6 dəqiqəsindəşagirdin çıxışı dinlənilir, qalan 4-5 dəqiqəsində mövzu ətrafında sual-cavab aparıldı. Məktəbimizin 10b sinif şagirdi Muqalov Aydanın və 10c sinif şagirdi Məmmədova Nərminin çıxışları qənaətbəxş hesab edildi.