"Sağlamlığın təməli qidalanmadır” adlı seminar

Sağlam yaşamağın açarı ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasındadır. Gün ərzində yediyimiz qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir. Hər bir şeyin ölçüdən artıq qəbul edilməsi, təbii ki, xoşagəlməz halların yaranmasına səbəb ola bilər.Qəbul etdiyiniz qidalar çoxçeşidli olmalıdır. Hər gün eyni qidanı yemək insanın yeməkdən aldığı həzzi azaldır, iştahını öldürür, həm də qidalanma vərdişinə qarşı mənfi təsir göstərir. Son nəticədə zərər görən yenə də orqanizm olur. İnsan fərqli təamları dadmağa vərdiş etməlidir. Tanrının bizə bəxş etdiyi çoxçeşidli meyvə və tərəvəzdən, ət və ət məhsullarından, süd və süd məhsullarından fərqli şəkildə istifadə etmək insanın daha nikbin və sağlam yaşamasına kömək edir. Bu məqsədlə məktəbin psixoloqu Muxsa Əzizova 8-ci siniflərə “Sağlamlığın təməli qidalanmadır” adlı seminar keçirtdi. Psixoloq qeyd etdi ki, sağlam qidalanma sağlam ruh deməkdir. Minerallar sağlam həyat tərzi üçün vacidir. Orqanizmimizdə dəqiqədə 10 milyon hüceyrə ölür və bir o qədər də yeilənir. Rüjimsiz, pis qidalanmada isə yenilənmə sistemi axsayır.Dərimiz canlılığını, təravətini itirir, ən təhlükəli isə odur ki, orqanizmimizin qapıları xəstəliklərin üzünə taybatay açıq olur.