Mübariz İbrahimovun xatirəsi yad edilib

8a sinif şagirdləri müəllimləri İlkanə Nəbiyevanın təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə təşkilat saatı keçirdi.Təşkilat saatında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. İlkanə Nəbiyeva Mübariz İbrahimov haqqında ətraflı məlumat verib, düşmənə qarşı amansız döyüş yolu keçirməsindən danışıb.Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010 cu il tarixli fərmanı ilə Mübariz İbrahimov Ağakərim oğluna şəhadətindən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Tədbirin keçirilməsində məqsəd şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şagirdlərə vətənpərvərlik hissinin aşılanması olub.