Ailəmə məktub

Məktəbin psixoloqu Musxa Əzizova 5 a sinif şagirdləri ilə “Ailəmə məktub ” layihəsi çərçivəsində görüş təşkil etdi. Məqsəd şagirdlərin ailəyə münasibətini öyrənmək və ailə dəyərlərini aşılamaq idi. Psixoloq əvvəlcə şagirdlərlə ailə münasibətləri haqqında ətraflı söhbət etdi. Daha sonra "Ailəmə məktub" adı altında şagirdlərə ailələrinə məktub yazmaq tapşırıldı. Şagirdlər ailələri haqqında təəssüratlarını, deyə bilmədiyi etiraflarını məktub yoluyla deməyə çalışdılar.