Şəhidlər Xiyabanına ziyarət

Məktəbimizin 6ə sinif şagirdləri 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Şagirdlər sinif rəhbəri Süleyman Süleymanlının rəhbərliyi və valideyinlərin iştirakı ilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!