“20 Yanvar faciəsi qəhrəmanlıq səlnaməsidir” mövzusunda təşkilat saatları

“20 Yanvar faciəsi qəhrəmanlıq səlnaməsidir” mövzusunda siniflərdə təşkilat saatları keçirildi. Təşkilat saatlarında  müəllimlər qanlı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı məlumat verib və o, qanlı tarixin canlı şahidi kimi faciənin baş vermə səbəblərindən, xalqımızın azadlıq və suverenlik yolunda keçdiyi mübarizədən danışdılar. Qeyd etdilər ki, 20 Yanvar tarixi, Azərbaycan xalqının silinməz yaddaşına çevrilmiş qanlı və şanlı bir hadisədir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərimizi daim yad etmək biz gənc nəslin borcudur. Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli filimlər nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi