“20 yanvar faciəsi qəhrəmanlıq səlnaməsidir!”- mövzusunda marifləndirici seminar

Məktəbin akt zalında tarix müəllimi Sərhəd Məhərrəmov “20 yanvar faciəsi qəhrəmanlıq səlnaməsidir!”- mövzusunda marifləndirici seminar keçirdi. S.Məhərrəmov çıxışında 20 Yanvar hadisəsinin vətənimizin tarixindəki əhəmiyyətinə toxunub. Faciənin səbəbləri, səbəbkarları, nəticələri haqqında məlumat verib. Bildirib ki, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində yenidən bu hadisələri təhlil etmək, onu düzgün qiymətləndirməklə, həm xalqımızın tarixində çox önəmli və məşəqqətli olaylara yenidən nəzər salırıq, həm də bu qəhrəmanlıq salnaməsinin müəlliflərini – şəhidlərimizin xatirəsini yad edirik. Müəllimin çıxışından sonra şagirdlər də hadisə ilə bağlı öz fikirlərini bölüşdülər, Seminarın sonunda 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş edildi.