20 Yanvar faciəsinin 33-ci il dönümünə həsr olunmuş ilk dərslər

Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğındır. Bu məqsədlə 19.01.2023 - cü il tarixində keçirilən ilk dərslər şəhidlərimizin əziz xatirəsinə həsr olundu.