"20 Yanvar-Unudulmayan tarix” adlı tədbir

Gənc aktyorlar” dərnəyinin rəhbəri Xanım İsmayılova və Arzu Alışqızının təşkilatçılığı ilə 18.01.2023-cü il tarixdə məktəbin akt zalında “20 Yanvar – Unudulmayan tarix” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, 20 Yanvarvə bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbir şagirdlərin çıxışları ilə davam etdi. Tədbirin sonunda məktəbin direktoru Fəttah Fəttayev 20 yanvar hadisələrilə bağlı xatirələrini şagirdlərə danışdı. Qeyd etdi ki, 20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər eyni zamanda qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi