"Qarabağ ədibləri "adlı şeir və dram müsabiqəsi

Azərbaycanın dilbər guşəsi olan doğma Qarabağımızın, onun görkəmli simalarının yaradıcılığını və ədəbi irsini öyrənmək, onu yetişməkdə olan gənc nəslə çatdırmaq bugünki təhsilimizin qayəsidir. Yanvar ayında Elm və Təhsil Nazirliyinin təşkil etdiyi "Qarabağ ədibləri " adlı şeir və dram müsabiqəsində 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin 214 saylı məktəbdə fəaliyyət göstərən "Gənc aktyorlar" dərnəyinin (rəhbər Qabaqcıl Təhsil İşçisi Xanım İsmayılova) üzvləri də, uğurla iştirak etdilər. Dərnək üzvləri müsabiqəyə həyatı və yaradıcılığı doğma Qarabağla bağlı olan şairlərin ədəbi irsinə müraciət edərək , dəyərli şairə Xurşidbanu Natavan, Molla Vəli Vidadi, Molla Pənah Vaqif yaradıcılığına yaradıcı yanaşaraq "Məclisi-üns " adlı bədii kompozisiya hazırlamışdılar. Eyni zamanda məşhur Fransız yazıçısı Aleksandr Düma və şairə Xurşidbanu Natəvanın 1859-cu ildə tarixə dönmüş görüşünün maraqlı səhnə həlli müsabiqədə çox böyük maraqla qarşılandı və alqışlandı. Bu müsabiqədə "Gənc aktyorlar" dərnək üzvləri və məktəbimizin şagirdləri Əhmədova Yeganə - Xurşidbanu Natəvan, Ədilov Nicat - Molla Pənah Vaqif, Nəsiyev Ümid - Molla Vəli Vidadi, Mustafazadə Vidadi - Aleksandr Düma obrazında çıxış edirdilər. Məktəbimizin şagirdləri bu müsabiqədə 2-ci yerin qalibi oldular. Şagirdləri təbrik edir və onlara yeniuğurlar arzu edirik.