Vüqar Sadıqovun anım günü

214 nömrəli məktəbin fəxrlə adını daşıdığı Vüqar Sadıqovun anım günü ilə əlaqədar 3ə sinif şagirdləri müəllimləri Olqa Danisovanın təşkilatçılığı ilə şəhidimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Arzu Alışqızı Vüqar Sadıqovun həyat və döyüş yolu haqqında şagirdlərə ətraflı məlumat verdi. Sinif müəllimləri qeyd etdi ki, 1994 –cü il yanvarın 13-də Yuxarı Salahlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Yanvarın 15-də onun cənazəsi valideynlərinə təhvil verilmişdir. 2002-ci ildən məktəbimiz Vətənimizin şəhid oğlu Vüqar Sadıqovun adını daşıyır. Xalqımız öz qəhrəman oğulları ilə fəxr edir.