Rəsm müsabiqəsi

"Bacarıqlı əllər” dərnəyinin rəhbəri Nigar Cəfərova və təsviri incəsənət müəllimi Şəfiqə Əliyevanın təşkilatçılığı ilə “Dünya Azərbaycanlıların Həmrəylik Günü”nə həsr olunmuş rəsm müsabiqəsi keçirildi.Müsabiqədən əvvəl Nigar müəllimə çıxış edərək qeyd edilib ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və birlik günüdür. Bu bayramın əhəmiyyəti ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaqdır.Müsabiqədə 6-7 ci sinif şagirdləri və dərnək üzvləri iştrak etdi. Qaliblər məktəb rəhbərliyi tərəfindən Diplomla təltif olunacaqdır.