"Ulu öndər Heydər Əliyev ideyaları qalib gəlir" mövzusunda sərgi

Məktəbin Fəaliyyət Planının 1.3.13-cü bəndinə müvafiq olaraq Ulu öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə məktəbdə silsilə tədbirlərin həyata keçirilməsinə start verilmişdir. Bu məqsədlə, "Ulu öndər Heydər Əliyev ideyaları qalib gəlir" mövzusunda məktəb kitabxanasında Sərgi təşkil olunmuşdur. Sərgidə Ulu öndərin şəkilləri, həyat və yaradıcılığına dair kitablar, şagirdlərin əl işlərindən ibarət divar qəzetləri nümayiş etdirilmişdir.