Şuşa ili ilə əlaqədar Breyn-rinq

16.12.2022-ci il tarixdə 251 nömrəli tam orta məktəbdə Nizami Rayon Gənclər və Idman Idarəsinin təşkilatçılığı ilə 2022-ci il "Şuşa İli" münasibəti ilə rayonun təhsil müəssisələrinin müəllimləri arasında "Breyn-rinq" intellektual oyunu kecirilmişdir.Əvvəllcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirililmiṣdir. Sonra Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunun yekununda məktəbimiz I yerə çıxaraq qalib olmuşdur. İntellektual oyun başa çatdıqdan sonra idarə tərəfindən kubok və diplomlar təqdim olunmuṣdur. Uğurlarınız bol olsun əziz müəllimlərimiz!