Heydər Əliyevin anım günü ilə bağlı nümunəvi dərs

12 dekabr Heydər Əliyevin anım günü ilə bağlı 6a sinfində Asimə Qubadova nümunəvi dərsi təşkil edib. Dərs Ulu Öndərimizin əbədi xatirəsinə həsr olunub. Fənn müəllimi dünya tarixinə silinməz iz qoymuş müdrik dövlət xadiminin Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyəti haqqında şagirdlərə geniş məlumat verib.Şagirdlər təqdimatlar hazırlayıb, şeir söyləyiblər və bildiriblər ki, Heydər Əliyev müstəqil dövlətimizin qurucusu kimi daim qəlbimizdə yaşayacaq.