Heydər Əliyevin anım gününə həsr edilmiş təqdimat müsabiqəsi

12 dekabr Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məktəbin VI və VII sinif şagirdləri arasında təşkilatçı Arzu Alışqızının rəhbərliyi ilə təqdimat müsabiqəsi keçirilib. Müsabiqənin əvvəlində Azərbaycan Dövlət Himni səsləndirilib, Umummilli liderimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu öndər Heydər Əliyev haqqında ətraflı məlumat verildikdən sonra, şagirdlərin hazırladıqları təqdimatlar nümayiş etdirildi. Müsabiqənin sonunda I-yerə 7ç sinif şagirdi Qarayeva Gülnar layiq görülərək məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldı.