Heydər Əliyevin anım günü ilə bağlı təşkilat saatı

12.12.2022-ci il tarixində 7a sinif rəhbəri Şəfiqə Əliyeva Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı məktəbin kitabxanasında təşkilatçı Arzu Alışqızının və kitabxana müdiri Qurbanova Laçının iştirakı ilə sinif təşkilat saatı keçirib. Azərbaycan Respublikasının Dövlət Himni şagirdlərin ifasında səsləndikdən sonra, Ulu öndər bir dəqiqəlik sükutla yad edilib. Təşkilat saatında Heydər Əliyevin həyat və fəaliyyətindən, uğurlu siyasətindən, təhsil sahəsində gördüyü işlərdən bəhs edilib, Ulu öndərin təhsillə bağlı söylədiyi kəlamlardan sitatlar gətirilib, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Təşkilat saatında Heydər Əlyevin həyat və fəaliyyətindən və Azərbaycan tarixindəki rolunu əks etdirən videoçarx nümayiş etdirilib.