2-ci siniflərdə monitorinq təşkil edildi

Hər bir şəxsin intellekti ilk növbədə onun oxu bacarığı əsasında formalaşır. Buna əsasən ibtidai təhsil mərhələsindən başlayaraq şagirdlərə oxu bacarığı ilə bağlı bir çox qabiliyyətlər aşılanır. Şüurlu oxu (oxuyub anlama, əsas fikri müəyyən etmə) bu qabiliyyətlərdən biridir. Eyni yaş qrupuna aid şagirdlərdə şüurlu oxu bacarığına yiyələnmə səviyyəsini, diqqətli, davamlı oxu vərdişinin formalaşdırılması vəziyyətini yoxlamaq üçün 2-ci siniflərdə monitorinq təşkil edildi. Şagirdlərə yaşlarına uyğun 2 mətn və mətn üzrə 10 sual təqdim olundu. Qeyd edək ki, məktəbin fəaliyyət planına uyğun olaraq bu monitorinqlər digər siniflər üzrə də mütəmadi olaraq aparılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi