"Canlı aləmə qayğı göstərək” adlı yeni layihə

Cari ilin oktyabr ayından etibarən 4 Oktyabr – Ümumdünya Heyvanların Müdafiəsi günü ilə əlaqədar Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Zooloji Parkı və birgə təşkilatçılığı ilə “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Canlı aləmə qayğı göstərək” adlı yeni layihəyə start verilib. Layihə ilə əlaqədar məktəblilərin “Bakı Zooloji Park”ına interaktiv ekskursiyaları təşkil olunub.
Bununla əlaqədar, 27 oktyabr 2022-ci il tarixində məktəbin 3ə sinifinin ekoklub üzvləri “Bakı Zooloji Parkı”nda keçirilən ekskusiyada iştirak ediblər.
Qeyd olunan ekskursiya zamanı mərkəzin əməkdaşı Süleymanlı Təbriz tərəfindən məktəblilər üçün interaktiv və maarifləndirici təqdimat keçirilib.
Ekskursiyaların keçirilməsində əsas məqsəd tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilmiş Bakı Zooloji Parkında Azərbaycan və dünyanın unikal flora və fauna nümunələri ilə tanışlıq, təbiətə və canlı aləmə sevgi və qayğı hislərinin aşılanması, biomüxtəlifliyin qorunması sahəsində məlumat verilməsi, məktəblilərin dünyagörüşünün artırılması, onlarda təbiətin gözəlliyi və mükəmməlliyi haqda aydın təsəvvür yaratmaq, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi barəsində maarifləndirmə işlərinin aparılmasından ibarətdir.