"Zəfər tarixi” konfransı

“Zəfər  tarixi” konfranslarının  keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  18.04.2022-ci il tarixli F-146 nömrəli əmrin icrasının davamı olaraq “Zəfər tarixi” adlı konfrans təşkil  edildi. Konfransın  iştirakçıları məktəbin tarix müəllimləri və 9-cu sinif şagirdləridir. İnteraktiv şəkildə  və müzakirələr əsasında  keçirilən konfransın 1 mərhələsində tarix müəllimi Zimirxan Əliyev  9-cu sinif şagirdlərinə Zəfər tariximiz barədə ətraflı məlumat verdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın şagirdlər arasında tanıdılması məqsədilə şagird təqdimatları dinlənildi. Şagirdlərlə  mövzu  ətrafında  fikir mübadiləsi aparılaraq, müzakirələr təşkil edildi. Konfransın sonunda çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə  direktor müavini  Tural Taqıyev bu kimi tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynadığını vurğuladı. “Zəfər tarixi” konfranslarının II mərhələsi məktəb kitabxanasında təşkil olundu. Dəyirmi masa ətrafında toplanan məktəb rəhbərliyi və müəllimlər “Zəfər tarixi” fənninin  tədrisini, şagirdlərin  vətənpərvərlik tərbiyəsi  istiqamətində  görülən işləri müzakirə edilərək təkliflər hazırladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi