"Zərərli vərdişlər haqqında fikir və düşüncələrimiz" mövzusunda anket sorğu

" Zərərli vərdişlərə yox deyək" layihəsi çərçivəsində məktəbin psixoloqu Əzizova Muxsa tərəfindən VIII sinif şagirdlərinin zərərli vərdişlər haqqında fikir və düşüncələrini öyrənmək məqsədi ilə anket sorğusu keçirildi. Şagirdlərə sorğu blankı təqdim edildi və təlimat verildi. Sorğu zamanı şagirdlərdə yaranan suallar cavablandırıldı. Sonra şagirdlərlə zərərli vərdişlərin insan həyatı üçün nə qədər təhlükəli olduğu, asılılığın yaratdığı problemlər haqqında maarifləndirici söhbət aparıldı.