Əhməd Cavadın 130 illiyinə həsr edilmiş dəyirmi masa

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Məmmədovanın rəhbərliyi ilə kitabxanada IX b sinif şagirdlərinin iştirakı ilə Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi. Müəllimə qeyd etdi ki, bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Şagirdlər Əhməd Cavadın həyat və yaradıcılığı barədə hazırladıqları məlumatları təqdim etdilər və dəyirmi masa diskusia şəklində davam etdi. Sonda Əhməd Cavadın yaradıcılığından şeir nümunələri səsləndirildi.