Enerji ickiləri haqqında maarifləndirici söhbət keçirildi

Məktəbin  tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızınn və psixoloqların təşkilatçılığı ilə məktəbin akt zalında IX sinif şagirdləri ilə enerji içkiləri haqqındmaarifləndirici söhbət keçirildi. Söhbət zamanı Arzu Alışqızı bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı apardığı araşdırmalar nəticəsində elan edib ki, yüksək miqdarda enerji içkisinin istehlak edilməsinin insan sağlamlığı üçün təhlükə yarada bilər və yaradır da. Xüsusilə, enerji içkilərinin uşaqlar üçün uyğun olmaya biləcəyi ilə bağlı izahatlar və xəbərdarlıqlar olsa belə, günün acı reallıqlardan biri də enerji içkilərini ən çox qəbul edənlərin də məhz uşaqların olmasıdır. Həmçinin enerji içkilərinin ziyanı barəsində danışılıb. Bu haqda müxtəlif videoçarxlar nümayiş olundu.Bu söhbətin keçirilməsində məqsəd şagirdləri enerji içkilərindən yayındırmaq idi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi