Asudə vaxtımızı səmərəli keçirtdik

Məktəbin ibtidai sinif müəllimi Olqa Danisovanın rəhbərlik etdiyi 3 ə sinif şagirdlərinin iştirakı ilə Bakı Gənclər Mərkəzinin nəzdində yerləşən Heydər Əliyev muzeyinə ekskursiyası təşkil olunmuşdur. Asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunan ekskursiyada şagirdlər Ümummilli Lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlarla tanış oldular. Muzey Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır.