Açıq dərs

Tarix aylığı çərçivəsində məktəbimizin tarix müəllimi Abbasova Xəyalənin təşkilatşılığı ilə “Xudafərin körpüsünün birləşdirdiyi iki Azərbaycan dövləti”mövzusunda açıq dərs keçirildi. Dərsin məqsədi Rəvvadi və Şəddadi dövlətlərinin Azərbaycan tarixində rolu və yeri haqqında şagirdlərə daha ətraflı məlumat vermək idi. Dərs zamanı müəllimə qeyd etdi ki, X əsr Azərbaycanın siyasi tarixində mövcud dövlətlərin möhkəmlənməsi və yenilərinin yaranması dövrü olub. Azərbaycanın siyasi tarixində Rəvvadilər dövləti X yüzilin sonundan başlayaraq təqribən bir əsr ərzində olduqca mühüm rol oynamışdır. Eyni zamanda Azərbaycanın və bir sıra qonşu ölkələrin hərb siyasi tarixində fəal rol oynamış Şəddadilər sülaləsi X əsrin ortalarından XII əsrin sonunadək Cənubi Qafqazın Gəncə, Naxçıvan, Dvin və Ani əmirliklərində hakimiyyət başında olmuşlar. Dərsin sonunda şagirdlər keçirilən dərs haqqında hazırladıqları təqdimatları təqdim etdilər.