Şəhid Nəcəf Şikarovun anım günü

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən silsilə tədbirlərin davamı kimi şəhidimiz Nəcəf Şikar oğlu Şikarovun anım günü ilə əlaqədar 7D sinif şagirdləri müəllimləri Nailə Hüseynovanın təşkilatçılığı ilə tədbir keçirtdilər. Tədbirdə şəhidin ailə üzvləri, məktəbin direktoru, təşkilatçı və müəllimlər iştirak etdilər. 

Şəhid Nəcəf Şikarov haqqında məlumat verildi. Qeyd edildi ki, Azərbaycan Ordusunun kapitanı olan Nəcəf Şikarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nəcəf Şikarov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Göstərdiyi qəhrəmanlıq nümunəsinə görə şəhidimiz bir çox medalla təltif edilib. 

Daha sonra şagirdlərin ifasında əbədi-bədii kompozisiya təqdim edildi. Sonda şagirdlərin dərs keçdiyi sinif otağı şəhidimizin şərəfinə adlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi