"Zəfər sevincli birincilər"

Məktəbin ibtidai sinif müəllimləri Mehdiyeva İradə və Əmirova Pakizənin təşkilatçılığı ilə “Zəfər sevincli birincilər” adlı təşkilat saatı keçirildi. İbtidai sinif müəllimləri şagirdlərə bu tarixi günün əhəmiyyətindən danışdılar. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi..
Sinif təşkilat saatında həmçinin şagirdlərin hazırladıqları təqdimatlar və vətənpərvər ruhlu şeirlər dinlənildi.