"Zəfərə gedən yol" adlı tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022-ci il tarixli F-300 №-li əmri ilə təsdiq edilmiş “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində məktəbimizin akt zalında “Zəfərə gedən yol” adlı tədbir keçirildi. 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Qarabağda daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Tədbir Azərbaycan Dövlət Respublikasının himni ilə başladı. Daha sonra vətən yolunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbimizin şəhid məzunu Həsənov Cavidin ailəsi, şəhid Manafov Osmanın həyat yoldaşı və şəhid Şikarov Nəcəfin qızları ilə həyat yoldaşı qonaqlar arasında iştirak edirdilər. Şagirdlər Zəfər bayramını şeirlər, mahnılar, rəqslərlə bəzədilər.