Əhməd Cavadın 130 illiyinə həsr edilmiş xüsusi dərs

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Asimə Qubadovanın təçkilatçılığı ilə VIa sinifində Azərbaycanın ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarından olan Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş xüsusi dərs keçirildi. Şagirdlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ə.Cavadın yaradıcılığından danışıblar. Qeyd olunub ki, şair bütün varlığı ilə xalqına, millətinə, türkçülüyə bağlı olub. Onun əsərləri bu gündə sevilərək oxunur. Ə.Cavadın yaradıcılığının, ədəbi irsinin təbliğinə həmişə ehtiyac var.