Şəhid Osman Manafovun əziz xatirəsi yad edildi

Bu gün 3a sinifinə adı verilən şəhid Osman Manafovun əziz xatirəsi yad edildi. Sinif rəhbəri Tahirə Cabbarova şəhidimiz haqqında şagirdlərə daha ətraflı məlumat verdi. Müəllimə qeyd etdi ki, Azərbaycan ordusunun əsgəri olan Osman Manafov 2020-ci il sentyabrın 27-də Qzərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğurunda gedən döyüşlərdə savaşıb. Osman Manafov oktyabrın 27-də Xocavənd döyüşü zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Manafov ölümündən sonra "Vətən uğrunda medalı" ilə təltif edilib. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Presidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Manafov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.