Şəhid Cavid Həsənovun xatirəsi yad edildi

“Qələbəyə aparan 44 gün” layihəsi çərçivəsində şəhadətə qovuşan şəhid Cavid Həsənovun xatirəsi yad etdildi. 1 “a” sinif şagirdləri müəllimləri Naidə Hüseynovanın rəhbərliyi ilə şəhid Cavid Həsənovun anım gününü qeyd ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Müəllim Naidə Hüseynovanın şagirdlərə Cavid Həsənov haqqında məlumatlar verildikdən sonra videoçarx nümayiş olundu.
Qeyd edək ki, Cavid Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xovavəndin uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Həsənov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub.
II Fəxri Xiyabanda dəfn olunub.