18 oktyabr Xudafərinin azad olunan günüdür

9Ə sinif şagirdləri müəllimləri Mehriban İzmayılovanın rəhbərliyi ilə Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan 18 oktyabr Xudafərin körpüsünün azad olunduğu günü qeyd ediblər. Müəllim qeyd edib ki, bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Azərbaycan İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən 2 il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi - Hacılı kəndi və Hacı İsaqlı kəndi işğalçılardan azad edilib. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.