"Əziz Şuşa, sən azadsan!" mövzusunda inşa yazı müsabiqəsi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 26.09.2022-ci il tarixli, F-562 nömrəli əmrinə əsasən Nazirliyin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçirilir. Bu məqsədlə 5 oktyabr 2022-ci il tarixində müsabiqənin məktəb mərhələsi təşkil olundu.Məktəb mərhələsində IX-X sinif şagirdləri iştrak etdi. Bu mərhələdə məktəbimizin IX c sinif şagirdi Cəfərova Nəzrin Ələsgər qızı birinci yerə layiq görüldü